Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    Həyəcan siqnalı

    dsgdnnzdSabahdan Cavidangilin ordu həyatı başa çatacaqdı. Əsgərlər bir-birinə telefon nömrələrini verir, ünvanlarını cib dəftərçələrinə yazır, baş vermiş bəzi incikliklərə görə üzrxahlıq edirdilər.
    …Həyəcan siqnalı hamını bir nəfər kimi ayağa qaldırdı. Hərbi hissə tam döyüş vəziyyətinə gəti-rildi. Əlində silah yoldaşları ilə birlikdə maşında əyləşən Cavidanın ürəyi quş kumu çırpınırdı: – “Nəhayət ki, verdiyim sözə əməl etmək üçün fürsət yarandı. Torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm”– deyə o, düşünürdü.
    Gənclər bir-birilə danışmasalar da, hiss olunurdu ki, hamı elə bu fikirdədir.
    Yaşayış məntəqələrindən keçdikcə qadınlar əsgərləri ümid dolu baxışlarla yola salr, bununla da onların döyüş əhval-ruhiyyəsini artırırdılar.
    Bir neçə saatdan sonra məlum oldu ki, həyəcan siqnalı təlim məqsədi ilə verilib. Axşam isə hərbi hissədə yolasalma mərasimi keçirildi. Hamı ürək sözlərini bildirdi–zabitlər də, əsgərlər də. Hətta xidmətini başa vurub evlərinə yola düşən əsgərlər arasında sorğu da keçirildi ki, onların açıqlamaları yeni gələnlərə tövsiyə olsun.
    Sonra hamı çalıb, oynadı.
    Cavidan atasından, əmi-lərindən eşitmişdi ki, əsgəri xidmət kişilik mək- təbi, həyat məktəbidir. İndi özü də buna əmin oldu. Onun komandiri, polkovnik-leytenant Elşən Qapaqov bu müddətdə Cavidandan ötrü həm ata, həm komandir, həm də yaxın dost olmuşdur. O, əsgərlərə hərbinin sirlərini öyrətməklə yanaşı, yoldaşlıqda, adi həyatda nümunə göstərirdi.
    Cavidan Abdullazadə rayonumuzun Hacıqərvənd kəndindəndir. Hərbi xidmətə 2014-cü il yanvarın 7-də çağırılmışdı.
    Texniki təminat bölüyündə qulluq edib. Manqa komandiri olub. Nümunəvi davranışına, xidməti tapşırıqları məsuliy-yətlə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmana layiq görülüb.
    Cavidan ailədə böyük övladdır. Qardaşı Yaqub hazırda Kooperasiya Universitetində təhsil alır, II kurs tələbəsidir. Qardaşların söhbətlərində hərbi mövzu həmişə əsas yerdədir. Yaqub da əsgər gedəcəyi günü səbirsizliklə gözləyir.
    Cavidanla söhbətimiz zamanı dedi:
    – Əmim Ağalar Abdullayev Ağdərə uğrunda gedən döyüşlərdə ağır yara- lanmışdı. 1998-ci ilə qədər başındakı yara ona əzab verdi, həmin ildə isə bu səbəbdən dünyasını dəyişdi. Əmim kimi yüz-lərlə vətənpərvər oğul torpaqlarımızın azadlığı uğrunda canından keçib. Bu, bizim üçün bir örnəkdir, nümunədir. Lazım gələrsə, hər birimiz haqq işimiz uğrunda savaşa qalxmağa hazırıq.
    Gələcəklə bağlı Cavidanın digər arzuları da var. İşləmək, vətəninə xeyir vermək, atasına, ailəsinə dayaq olmaq istəyir. Yolun uğurlu olsun, Cavidan!

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:38

    Teqlər:

İsmarıclar bağlıdır.