Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Azərbaycan Dövlət Aqrar Universiteti, Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə fermerlərə və tədarük məntəqələrinin nümayəndələrinə “Pambığın mütərəqqi becərmə texnologiyası” mövzusunda maarifləndirici təlim keçirilib.
    Mərasimi giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Musayev açaraq, bu tədbirin əhəmiyyətindən danışıb.
    Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev Tərtər rayonunda kənd təsərrüfatının inkişafından danışıb, 2018-ci ildə bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib.
    Daha sonra pambığın mütərəqqi becərilməsi texnologiyasına dair mövzuda ADAU-nun professoru Nizami Seyidəliyev çıxış edib. O, pambığın səpinindən başlanmış məhsulun yığımına qədər dövrdə görüləcək bütün aqrotexniki tədbirlərə dair fermerlərə elmin ən son nailiyyətləri barədə məlumat verib.
    Dosent Elxan Allahverdiyev pambıq sahəsindən yüksək məhsul əldə edilməsində növbəli əkinin əhəmiyyəti, ADAU-nun baş müəllimi Ramiz Əsgərov isə pambığın becərilməsində ən zəruri tədbirlərdən olan xəstəlik və zərərvericilərə qarşı mübarizə üsullarına aid geniş məlumatlar veriblər.
    Sonda alimlər tərəfindən fermerlərin sualları ətraflı cavablandırılıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:29

İsmarıclar bağlıdır.