Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    новый-4Həyatda peşələr çoxdur. Onların hamısı yaxşı, hamısı gərəklidir. Ancaq insanlar arasında sorğu keçirilən zaman əksər çoxluq müəllim adının üstündə dayanır. Ona görə ki, bütün peşələrin ibtidaisi müəllim əməyi ilə başlayır. Hər bir uşaq birinci sinifə gedəndə onun əlindən tutub ana, vətən sözlərini yazdıran müəllimdir. Bu baxımdan hər bir müəllimin uşaqların, onların valideynlərinin ürəyində öz yeri olur. Hər bir insan ilk müəllimini heç vaxt unutmur., yaddan çıxarmır…
    Rayonumuzda öz işini sevən, ona məsuliyyətlə yanaşan, müəllim adını daim uca tutan belə pedaqoqlar çoxdur. Bu yazıda onlardan biri–Əliyeva Maral Əfsəl qızı haqqında söhbət açacağam.
    Maral Əliyeva 1998-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib və elə həmin ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 2002-ci ildə universiteti bitirib. Azadqaraqoyunlu kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edir.
    Maral müəllim işinin məsuliyyətini yaxşı başa düşür. Rəhbəri olduğu sinifdə şagirdlərin hamısı ilə ayrı-ayrılıqda fərdi söhbət edir. Onların qayğıları ilə maraqlanır, yaxşı oxumaları üçün əlindən gələni əsirgəmir. Elə buna görə də müəllim yoldaşları arasında böyük hörməti var.
    Elmira Hüseynova–məktəbin direktoru:
    –Maral müəllim 13 ildir ki, bizimlə birlikdə işləyir. Peşəsini sevən bir insandır. Öz üzərində daim çalışır. Istəyir ki, dərs dediyi uşaqlar elmə, biliyə mükəmməl yiyələnib, təhsillərini davam etdirsinlər.
    Sitarə Hacıyeva–məktəbin psixoloqu:
    –Maral müəllimi həm pedaqoji kollektiv, həm də şagirdlər çox sevir, xətrini istəyirlər.
    Maral müəllim dedi ki, mən rəhbəri olduğum sinifdə hər bir uşağın xasiyyətini, çox gözəl bilirəm.
    Bəli, Maral müəllim rəhbəri olduğu sinifdəki 19 nəfər şagirdin psixologiyasını ayrı-ayrılıqda gözəl bilir. O, öz zəhməti ilə müəllim adını ucaldanlardandır.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 10:42

    Teqlər:

İsmarıclar bağlıdır.