Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    SUMQAYIT HADİSƏLƏRİ

    Keçmiş SSRİ dövlətinin başçısı Mixayıl Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
    Məlumdur ki, sovet hökuməti özündən əvvəlki imperiyanın siyasətini davam və inkişaf etdirərək Qərbi Azərbaycan torpaqlarında paytaxtı bizim İrəvan şə-həri olan Ermənistan dövləti yaratdı. Ancaq ermənilər və ermənipərəst sovet hökuməti Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədilər. 1948-1953-cü illərdə Anastas Mikoyanın Stalinlə razılaşdırılmış planına əsasən azərbaycanlılar qədim ata-baba yurdlarından deportasiya edildilər.
    Məlum idi ki, Sumqayıt çox millətli şəhər kimi respublikanın ikinci böyük sənaye mərkəzidir və bütün SSRİ-də müəyyən qədər tanınmışdı. Baş verəcək qırğında əli olduqlarını danmaq və ya izi itirmək üçün Ermənistandan və Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqda olan Sumqayıt daha əlverişli sayılırdı. Ermənilər “ümumi işi” naminə öz erməni soydaşlarını güdaza verməkdən belə heç də heyfslənmədilər. Nəhayət, Ermənistandan və Dağlıq Qarabağdakı isti yurd-yuvasından zorla qovulmuş qaçqınların böyük bir qismi Sumqayıtda məskunlaşdırılmışdı və onlar ermənilərə qarşı hər hansı tədbirə, o cümlədən qisas almağa hazır idilər.
    Sumqayıt hadisələrinə iki gün qalmış qatı millətçi olan Silva Kaputikyan televiziya ekranından erməni əhalisinə müraciətlə demişdi: “Qarabağ tarixən Ermənistanın olub. Bizim əsas məqsədimiz hər iki torpağı birləşdirmək deyil, əsas məqsəd tarixən bizə vurulan yaranı sağaltmaqdır”. Sumqayıt hadisələrinin təhlili göstərir ki, şəhərdə yaşayan ermənilərin böyük əksəriyyəti bundan xəbərdar imiş. 1988-ci il fevralın 27-29-da törədilmiş hadisələrdə 32 nəfər öldürülmüş, 400 nəfərdən çox insan bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil zədələnmiş, dövlətə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulmuşdu. Qatı millətçi olan yazıçı Sero Xanzadyan “Yurmala” qəzetinə verdiyi müsahibədə faktları təhrif edərək Sumqayıtda 450-dən çox adamın öldürüldüyünü və onların hamısının erməni olduğunu bildirirdi.
    Ziya Bünyadov erməni separatçısı Nvard Avakyanın dediyi “Sumqayıtda bizim əlimiz yoxdur, ora bizdən 400 kilometr uzaqda yerləşir” fikrini əsaslı arqumentlərlə alt-üst etdi. Çox təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi Kremlin göstərişlərini əsas tutaraq Sumqayıt hadisələrinin guya bir qrup xuliqan ünsürlər tərəfindən törədilməsi faktı ilə razılaşdı. Sumqayıt hadisələri Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması prosesini daha da sürətləndirdi. Azğınlaşmış ermənilər kəndlərə hücum etdilər, azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından didərgin saldılar. Sonralar məlum oldu ki, bu zaman 400 nəfərdən çox azərbaycanlı müxtəlif işgəncələrlə öldürülmüş, 230 min soydaşımız doğma Vətənindən qovulmuşdur.

    Müəllif: Redaktor, 11:37

İsmarıclar bağlıdır.