Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Tərtər Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı təlim keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib, təlimin proqramı üzrə təqdimatla çıxış edib.
    Komitənin Hüquqi-Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova təlim zamanı məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə, təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.
    Təlim zamanı məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə Komitə tərəfindən çap edilmiş buklet və kitabçalar görüş iştirakçılarına paylanıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:39

İsmarıclar bağlıdır.