Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Rayonun “Yeni Tərtər” qəzetində bu faciə ilə bağlı vaxtaşırı yazılar və fotoşəkillər dərc olunub.
    Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş “Şəhidlər abidəsi” nədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, “N” saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.
    Yeni Azərbaycan Partiyası rayon təşkilatında keçirilən tədbirdə rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb, gənclərə tariximizi dərindən öyrənməyi, xalqımızın başına gətirilən faciələri heç vaxt yaddan çıxarmamağı tövsiyə edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:44

İsmarıclar bağlıdır.