Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    XOCALI SOYQIRIMININ QURBANLARI YAD EDİLDİ

    Tərtərdə XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb, sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
    Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 18 ailə hazırda rayonumuzun 7 kəndində müvəqqəti məskunlaşıb. Hər bir Xocalılıya rayon icra hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilir.
    Sonra polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi Günay İbrahimli çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıblar.
    Tədbirin sonunda “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və Fəxri fərmanlar verilib.
    Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb, Xocalıdan olan ailələrə ərzaq yardımı verilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:59

İsmarıclar bağlıdır.