Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Bu günlərdə Umudlu kəndinin işğalının (28.02.1992) 27-ci ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri S.Paşayev adına Umudlu kənd tam orta məktəbi hazırlamışdır.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının əməkdaşları, Qarabağ qaziləri, şəhid yadigarları, ictimaiyyət nümayəndələri, qonaqlar və kənd sakinləri iştirak edirdilər.
    Tədbirə Himnimizin ifasıyla başlanıldı.
    Umudlunun və bütün Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə keçmiş Umudlu kənd özünümüdafiə dəstəsinə rəhbərlik etmiş, hazırda Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov məruzə etdi.
    Kəlbəcər və Ağdərə döyüşlərində iştirak etmiş Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, iki şəhid bacısı Məhəbbət Paşayeva, şəhər 6 saylı tam orta məktəbin direktoru, şəhid qardaşı Azad Abbasov, keçmiş özünümüdafiə dəstəsinin döyüşçüsü, şəhid qardaşı Şakir Ərəbov çıxış etdilər.
    Tərtər RİH başçısı Müstəqim Məmmədov geniş yekun sözü söylədi.
    Sonda Umudlu kənd tam orta məktəblilərinin hazırladığı “Biz qayıdacağıq!” adlı bədii kompozisiya nümayiş etdirildi.
    Mərasim ehsan süfrəsiylə başa çatdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:08

İsmarıclar bağlıdır.