Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Soyulan kəndində oldu.
    Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Akif Xəlilov, Əşrəf Sadıqov, Zəfər Nəsirov, Bağdagül Həsənova və Qərib Musayev yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin dəyişdirilməsi, kəndarası yolların əsaslı təmiri, istirahət parkının və “Şəhidlər bulağı”nın tikilməsi üçün bələdiyyədən yer ayrılması, icarəyə torpaq götürülməsi, kənd məktəbi üçün yeni binanın tikilməsi və digər məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Kənd sakinləri əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:11

İsmarıclar bağlıdır.