Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar

    Hələ səksəninci illərin ortalarında almanaxlardan, mətbuat səhifələrindən bir sıra gənc yazarların imzaları bizlərə tanış idi. Bu imzalar içində mənim diqqətimi çəkən, mənimçün seçilən bir imza da var idi–Ramiz Qusarçaylı imzası.
    Ramiz Qusarçaylını başqalarından fərqləndirən cəhət onun sözə cəsarətli yanaşmasıdır. Odur ki, əlçatmaz ucalıqlardan gələn müqəddəs söz də ona asanlıqla ram olur. Yəni, sözə toxunmaq izni Qusarçaylıya uca Tanrıdan verilir. Mən çəkinmədən Ramiz Qusarçaylıya “Haqq şair”i, qüdrətli İlahinin bizə bəxş elədiyi ziyalı şəxsiyyət deyərdim. Dünyada yaşayan başqa xalqların da şairləri var, ancaq Ramiz Qusarçaylıları yoxdur. Qusarçaylı özünə inamın, iradənin və istedadın vəhdəti sayəsində poeziyamızın etibarlı sütununa çevrilə bilmişdir. Təbii ki, bu mərtəbə böyük şairlərə xasdır. Ramiz Qusarçaylı ilə həmyaş olduğum üçün yuxarıda qeyd etdiyim illərdə mən də gənc idim. O zamanlar şairlərlə görüşmək, şəxsən tanış olmaq mənim üçün əlçatmaz arzulardan idi. Nəhayət 26 mart 2013-cü il şairimiz Ramiz Qusarçaylı ilə görüşmək mənə nəsib oldu. Görkəmli şairimizin müdrik yaşını–60 yaşını təbrik edib, tükənməz ilhamla, qaynar təblə, xoş əhval-ruhiyəylə, sağlam həyat tərziylə 100 yaşını qeyd etməyini səmimi qəlblə arzulayıram.
    Yaxşı ki, ədəbiyyatımızın Ramiz Qusarçaylısı var.
    Xalqımızın vətənpərvər oğlunu, dəyərli şairimizi bir də tanıyaq.
    Əzizimiz Ramiz müəllim müdrik yaşınız mübarək!
                                                                                Qardaş
                                                                        (ərkyana xahiş)
    Dünya kal məkanı, ağlıçaş yeri,
    Göynətsə qəlbini tənə-daş yeri,
    Halal qazandığın uca-boy yeri
    Necə saxlamısan döz saxla, qardaş.

    Dövrün şimşəkləri amansız çaxar,
    Gözlər var qamaşar, gözlər var axar.
    Milləti şairin gözündən baxar,
    Aydın sabahlara göz saxla qardaş.

    Ümidlər göyərər şair dinəndə,
    Müşküllər, düyünlər qalar dünəndə.
    Altmış yaş nədirki, odlu sinəndə
    Səksənə, doxsana köz saxla qardaş.

    Dərvişə dönmüşük şeir ucundan
    Qurtula bilmirik söz orucundan.
    Əlimiz boş çıxır elə xurcundan
    Yazmağa bizə də söz saxla qardaş.

    Talıb MƏMMƏDLİ

    Müəllif: Redaktor, 09:21

İsmarıclar bağlıdır.