Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar

    Qarabağ müharibəsinin ciddi zərbə vurduğu kəndlərdən biri də Tərtər rayonunun Qaraağacı kəndi olub.
    Qaraağacı kəndi ilə Ağdərə qəsəbəsi arasında bir dənə də olsun tikinti, obyekt yoxdur. Kənddən baxanda Ağdərəyədək bütün ərazi görünür. Dağıntıları qalan Seysulan kəndi ilə Qaraağacı kəndinin arası 3 km.dən də azdır. Düşmən qüvvələri ilə bu cür yaxın olması səbəbindən kəndimiz, demək olar ki, cəbhə xəttindədir. Hadisələr başlayan gündən kənd müharibə həyatı yaşayır.
    Döyüşlərin şiddətləndiyi 1992-ci ildən indiyədək kəndə yüzlərlə top, tank, raket mərmiləri atılıb, onlarla evə, tikililərə ziyan dəyib. Qarayev Mehman İlyas oğlu Tərtər Özünümüdafiə Batalyonunun ilk şəhidlərindən biri olub. 1994-cü il may ayının 12-də kəndə atılan top mərmisi kəndin ortasında oynayan (əgər buna oynamaq demək olarsa!) azyaşlı məktəb uşaqlarının yanına düşüb partlamışdı. Nəticədə bir şagirdimiz– 1980-ci il təvəllüdlü VIII sinifdə oxuyan Samir Vəliyev hadisə yerində həyatını itirmiş, üç uşaq isə yaralanaraq əlil olmuşdur. Kəndin əkin sahələrinə, fərdi təsərrüfatlara ciddi ziyan dəymişdir. Kənddə həmin vaxtlar heç kim gecələr yatmırdı. Kişilər kəndin ətrafında postlarda növbə çəkirdi. Bütün gərginliyə baxmayaraq kəndi heç kim tərk etmir, əksinə, döyüşlərin şiddətləndiyi ərazilərdən gələnlərə öz köməkliklərini göstərirdilər. Hətta məktəbdə dərslər də gündəlik keçirildi. 2016-cı ilin Aprel döyüşlərində də kəndimiz düşmən tərəfindən şiddətli atəşə məruz qaldı. Onlarla evə, fərdi təsərrüfatlara ziyan dəydi. Kəndimizdə məskunlaşmış, Ağdam rayonundan olan 22 yaşlı gənc həlak oldu, iki nəfər ömürlük şikəst qaldı. Lakin qüdrətli ordumuza, dövlətimizə güvənən sakinlər yenə öz doğma ocaqlarını tərk etmədilər və igid əsgərlərimizi tək qoymadılar. Hal-hazırda kəndimizdən onlarla gənc Milli ordu sıralarında xidmət etməkdədir. İnanırıq ki, qələbə uzaqda deyil və həmin qələbədə bizim kəndin də öz payı olacaqdır.

    Fərman VƏLİYEV,
    Qarabağ müharibəsi veteranı, kapitan. Qaraağacı kənd tam orta məktəbin

    çağırışa qədərki hazırlıq rəhbəri

    Müəllif: Redaktor, 09:39

İsmarıclar bağlıdır.