Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar

    Yurdumuza Bahar gəlir. Nazlı-qəmzəli Bahar! Onun gəlişini öncə çərşənbələr xəbər verir. Dörd ünsür-su, od, torpaq, yel çərşənbələri təbiətin oyanışını insanlara bildirir və onları çöl-bayırda işləməyə, ev-eşiyin səliqə-sahmana salınmağa sövq edir. Çərşənbələrdə tonqallar qalanaraq ocaq başına yığışırlar. Həmin günlərdə Novruz adətləri həyata keçirilir.
    Bu günlərdə Şıxarx qəsəbəsində salınmış məcburi köçkünlər şəhərciyində Novruz tonqalı şənliyinin iştirakçısı olduq. Od çərşənbəsi idi. Gündüzdən tonqal üçün hər şey hazırlanmışdı. Qəsəbə mənzil kommunal idarəsinin əməkdaşları İradə Məmmədova və Azər Ağayevin təşkilatçılığı sayəsində 34 nömrəli və yaxınlıqdakı digər binaların sakinləri tonqal ətrafına toplaşmışdılar. Burada Ağdam rayonundan Xaqani Əliyev, Saleh Məmmədov, Rizvan Əliyev, Taleh Məmmədov və Laçından Təbib Qəhrəmanov Novruz tonqalının yandırılmasında iştirak etdilər. Burada kişilər də, qadınlar da, uşaqlar da öz arzu-istəklərini xoş sözlərlə ifadə edirdilər.
    Taleh Məmmədov bu qəsəbədə yaradılmış gözəl şəraitə görə ölkə başçısı İlham Əliyevə öz dərin təşəkkürünü bildirdi. Kəlbəcər sakini 18 yaşlı gənc qız Tünzalə Yusifli, Şıxarx 2 saylı məktəbin 7-ci sinif şagirdi Nihad Həsənli işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını arzuladılar. Leyla xanım və Dilbər xanım bacıları hamını bayram münasibətilə təbrik etdilər.
    Novruz tonqalı ətrafında arzu-arzunu əvəz edirdi. Sanki burada hər kəs xoş sözlərin yarışına toplaşmışdı. Amma hamının istəyi doğma yurdların azad olunması, gözəl adət-ənənələrimizi öz el-obalarında qarşılamaq idi.
    Qəsəbənin ən kiçik sakini 2 aylıq balaca Eliza da valideynlərinin qucağında bu möhtəşəm tonqalın seyrçisi idi. Oğlanlar tonqaldan tullanaraq yarışırdılar.
    Novruz tonqalı digər binaların qarşısında da yandırılmışdır.
    Tonqallar ətrafında arzulanırdı ki, düşmənlə üz-üzə dayanan əsgər oğullarımızı Tanrı özü qorusun. Dövlətimizin başçısı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanı inkişaf etdirdiyi kimi, ərazi bütövlüyümüzü də tezliklə bərqərar etsin.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:56

İsmarıclar bağlıdır.