Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar

    Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
    Məcburi köçkünləri müayinə etmək məqsədilə Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtərə ezam olunub. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib.
    1 nəfər təcili əməliyyat olunub, 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib.
    Sonra qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkiblər.
    Tərtər rayon Mərkəzi Xəstəxanasında tibbi müayinənin gedişi ilə tanış olan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu cür aksiyaların təmas xəttində yerləşən bir rayonda keçirilməsini yüksək qiymətləndirib, təşkilatçılara və həkimlərə öz razılığını bildirib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:15

İsmarıclar bağlıdır.