Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayonunda bayram tədbiri keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib.
    Qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 50,4 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4299 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və digər sahələrdə, 55 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifədə 55 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətlərinə görə 7 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 9 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
    Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon ağbirçəyi Sofiya Həsənova, şəhid anaları Maya İsgəndərova, Zelimə Əsədova və digərləri çıxış ediblər.
    Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, şəhid anaları və ağbirçəklərə qiymətli hədiyyələr, Fəxri Fərmanlar verilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.