Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar

    Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, onların xatirəsini ehtiramla yad ediblər.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirdi ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək, hər kəsin vətəndaşlıq borcudur.
    Tədbirdə Qapanlı kənd tam orta məktəbin direktoru, şəhidin müəllimi Fitat Əliyeva, qardaşı Etibar Qasımov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov çıxış edərək Zülfüqar Qasımovla bağlı xatirələrini danışıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:26

İsmarıclar bağlıdır.