Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04Sen
    Nəticələr qənaətbəxşdir

    2014-2015 ci tədris ilində rayon üzrə orta məktəbləri 692 nəfər şagird bitirib. Onların 331 nəfəri ali məktəblərə sənəd verib. Həmin şagirdlərin 168 nəfəri qəbul olub.
    Builki qəbulda məzunlardan 6 nəfəri 600-dən çox, 16 nəfəri isə 500-dən çox bal toplayıb. 600-dən çox bal toplayan şagirdlər İsmayılbəyli kənd tam orta məktəbindən Mahmudova Aytac Nofəl qızı (III qrup üzrə) 652 bal, Bəyimsarov kənd tam orta məktəbindən Əsədova Türkan Münasib qızı (I qrup üzrə) 638 bal, şəhər 2 saylı məktəb-liseydən Atayeva Əsmər Seyfulla qızı (III qrup üzrə) 619 bal, Güləbatlı kənd tam orta məktəbindən Şükürlü Əsmər Vüqar qızı (III qrup üzrə) 613 bal, Umudlu kənd tam orta məktəbindən Nəzərov Qoşqar İlham oğlu (III qrup üzrə) 612 bal, Güləbatlı kəbd tam orta məktəbindən Abbaslı Pərvanə Etibar qızı (III qrup üzrə) 600 bal toplamışlar. Bu il 500-dən çox bal toplayan şagirdlərin sayı ötən illə müqayisədə 11 nəfər çoxdur.
    Şəhər 1 saylı tam orta məktəbdən 24 nəfər, şəhər 5 saylı tam orta məktəbdən 13 nəfər, şəhər 2 saylı məktəb–liseydən 10 nəfər, Sarov kənd tam orta məktəbdən 10 nəfər, Hacıqərvənd və Söylən məktəblərinin hər birindən 8 nəfər, Azadqaraqoyunlu məktəbindən 6 nəfər şagird ali məktəblərə qəbul olunmuşlar.
    Ötən illərin məzunları ilə birlikdə bu il ali təhsil müəssisələrinə daxil olanların sayı 180 nəfərdir.
    Əksipara, Köçərli və Mamırlı kənd tam orta məktəblərinin builki məzunlarından ali məktəblərə 1 nəfər də qəbul olmayıb.

    DSC_7736

    Aytac Mahmudova

    Aytac Mahmudova Builki imtahanlarda rayon üzrə ən yüksək– 652 bal toplayan məzundur. O, III qrup üzrə imtahan verərək Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. Uğurunun səbəbini soruşanda dedi ki, anam Cəmilə müəllim məktəbimizin sinif müəllimidir. O, mənim yaxşı təhsil almağım üçün əlindən gələn hər şeyi edib. Anamla yanaşı Azərbaycan dili, ədəbiyyat, tarix, ingilis dilindən mənə dərs deyən bütün müəllimlərimə minnətdaram. Ələlxüsus Aybəniz, Rəşad, Zahirə kimi müəllimlərimə ömür boyu minnətdaram.

     

    DSC_7723

    Türkan Əsədova

    Türkan Əsədova Bəyimsarov kənd tam orta məktəbini bitirib. 638 balla Bakı Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsinə riyaziyyat müəllimi ixtisası üzrə qəbul olub. Birinci ixtisas qrupunu seçməsini uşaqlıqdan riyaziyyata olan marağı ilə izah edir.
    Türkanın atası sürücü, anası həkimdir. Deyir ki, həyatında seçim etmək lazım gələndə, valideynləri ilə məsləhətləşir, ancaq qərarı özü verir. Elə gələcək ixtisasını da özü seçib.

     

    DSC_7732

    Əsmər Atayeva

    Əsmər Atayeva qəbul imtahanı zamanı ən yüksək göstəricini ingilis dili fənnindən əldə edib. O, 619 balla Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinə (ingilis dili, ədəbiyyatı) daxil olub.
    Şəhər 2 saylı-məktəb liseyin məzunu olan bu qız arzusuna çatmaq üçün illərlə çalışıb. Ən böyük arzusu bu idi ki, valideynlərinin , müəllimlərinin yanında başıuca olsun. Qarşıda onu tələbəlik həyatı gözləyir. Əsmər əmindir ki, universitet illərində müvəffəqiyyətlərini daha da artıracaq, savadlı mütəxəssis kimi doğma rayonuna qayıdacaq.

     

    DSC_7710

    Əsmər Şukürlü

    Əsmər Şükürlü rayonumuzun Güləbatlı kənd tam orta məktəbini bitirib.Tərtər rayonu üzrə 600-dən çox bal toplayan 6 nəfər məzundan 5-cisidir. O, III qrup üzrə imtahan verib və 613 bal toplayaraq BDU-nun tarix fakültəsinə daxil olub.
    Əsmər deyir ki, tarixçi olmaq mənim uşaqlıq arzum idi. Bugünkü uğurum üçün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm.

     

    DSC_7709

    Qosqar Nəzərov

    Rayonumuzun yüksək bal toplayan şagirdlərindən biri də Qoşqar Nəzə-rovdur (612 bal).
    Qoşqar Umudlu kənd tam orta məktəbində təhsil alıb. Bu məktəbin də yaxşı ənənələri var. Elə builki buraxılışda məktəbi bitirən 6 nəfər şagirdin 5-i ali məktəblərə sənəd verib, həmin uşaqların 3-ü qəbul olub. Qoşqar BDU-nun hüquqşünaslıq fakültəsinə qəbul olub.

    Scan

    Pərvanə Abbaslı

    Pərvanə Abbaslı Gülabatlı kənd tam orta məktəbinin məzunudur. O, III qrup üzrə imtahan verib, 600 bal toplayaraq BDU-nun hüquqşünaslıq fakültəsinə daxil olub. Pərvanə ziyalı ailəsində doğulub. Anası oxuduğu məktəbdə müəllim işləyir. Qazandığı bu uğura görə orta məktəb müəllimlərinə minnətdardır.

     

     

    DSC_7738

    Əfsanə Rzazadə

    Şəhər 5 saylı tam orta məktəbinin məzunu Əfsanə Rzazadə bu ilki qəbulda öz məktəbləri üzrə universitetlərə daxil olan 13 nəfərdən biridir. O, I qrup üzrə imtahan verərək 593 balla BDU- nun riyaziyyat fakültəsinə qəbul olub.
    Əfsanə ailənin tək övladıdır. Anası rayon təhsil söbəsində işləyir. Əfsanə deyir ki, qazandığım bu uğurda mənə dərs deyən müəllimlərlə yanaşı anamın əməyi də böyükdür.

     

    DSC_7713

    Günel Abbaslı

    Güləbatlı kənd tam orta məktəbinin məzunu Günel Abbaslı IV ixtisas qrupu üzrə imtahan verərək 564 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Günel deyir ki, anası Vəfa müəllim məktəbin dərs hissə müdiridir. Onun bu uğurunda anası ilə yanaşı müəllimlərinin zəhməti böyükdür.

     

    DSC_7707

    Tacirə Vəlizadə

    Tacirə Vəlizadə III qrup üzrə imtahan verərək 545 bal toplayıb, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. O, İsmayılbəyli kənd tam orta məktəbinin məzunudur. Tacirə deyir ki, orta məktəb illərində mənə dərs deyən bütün müəllimlərə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, ali məktəb həyatında da müəllimlərimin etimadını doğruldum.

     

    DSC_7728

    Zöhrə Qasımzadə

    Zöhrə Qasımzadə 502 balla tarix müəllimi ixtisası üzrə Azərbaycan Pedaqoji Universitetinə daxil olub. O, şəhər 2 saylı məktəb-liseyin məzunudur. Deyir ki, yüksək bal toplaması haqqında xəbəri ilk olaraq ata-sından eşidib və bu sevincli anları anası Arzu xanımla bölüşüb. Zöhrə qazandığı uğurda müəllimlərinin böyük zəhməti olduğunu xüsusi olaraq qeyd edir. Aybəniz müəllimə, Zümrüd müəllimə dərin təşəkkürünü bildirir.

     

     

     

    Müəllif: Redaktor, 11:04

    Teqlər:

İsmarıclar bağlıdır.