Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar.
    Aksiya çərçivəsində məktəblilər Qəbələ, Şəki, Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətraflı məlumat verilib. Regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub.
    Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
    Tur-aksiyadan geri dönən məktəblilər Novruz bayramı münasibəti ilə rayonun Mərkəzi Meydanında keçirilən bayram şənliyinə qatılıblar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlarla görüşərək bayramlarını təbrik edib, təhsillərində uğurlar arzulayıb. Tur-aksiya iştirakçılarına bayram hədiyələri verilib.
    Səfərlərini zəngin təəssüratlarla başa vuran məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər.

    Müəllif: Redaktor, 10:34

İsmarıclar bağlıdır.