Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Evoğlu kəndində baş tutdu.
    Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov görülən işlər barədə məlumat verdi.
    Kənd sakinlərindən Şahin Hüseynov, Səriqə Rzayeva, Məhbulə Bağırova və Teyyub Əliyev köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi, kəndin əsas yolunun asfaltlanması, kəndə əlavə telefon nömrələrinin verilməsi, həyətyanı sahə üçün torpağın ayrılması və digər məsələlər barədə müraciət etdilər.
    Rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq taşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və maddi rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən danışdı. Kənd sakinləri əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə etdilər.
    Səyyar qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları və sakinlər ilə çay süfrəsi arxasında söhbət edərək onların probləmləri ilə maraqlandı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.