Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Tərtər rayonunun düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri “İlaxır çərşənbə”ni yüksək əhval-ruhiyyə ilə qeyd etdilər.
    Kənd sakinlərinin bayram şənliyinə qatılan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd ağsaqqalları ilə birlikdə bayram tonqalını alovlandırıb. O, kənd sakinlərinə can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu günlər arzulayıb.
    Sonra rayon rəhbəri kənd ağsaqqalı Eldar Məmmədovun evində qonaq olub.
    Rayon rəhbəri ön xətdə xidmət edən əsgərlərimizi də yaddan çıxartmadı. Düşmənə ən yaxın məsafədə xidmət edən əsgərlərlə görüşün rayon rəhbəri onların bayramlarını təbrik etdi, bu çətin və şərəfli işlərində uğurlar arzuladı. Onlara bayram sovqatı verildi.
    Sonda icra başçısı Mərkəzi Meydanda bayram tonqalını alovlandırdı, tərtərlilərin bayramını bir daha təbrik etdi.
    Tədbir bayram atəşfəşanlığı ilə başa çatdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:38

İsmarıclar bağlıdır.