Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı günü” keçirilib.
    Nümayəndələr xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri milli bayramımız-Novruz münasibəti ilə təbrik edib. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb. Çıxışının sonunda rayon rəhbəri düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükünün daha böyük olduğunu qeyd edib.
    Sonra rayon rəhbəri general mayor Hikmət Həsənovla birlikdə Novruz tonqalını alovlandırıb. Tədbir konsert proqramı ilə davam edib. Əsgərlərə bayram sovqatları paylanıb, xidmətdə fərqlənən hərbçilərə Fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.