Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Millət vəkili Qənirə Paşayeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova və Bakı şəhərindən gəlmiş nümayəndələr Novruz bayramı münasibətilə Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.
    Öncə “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış edərək əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib.
    Millət vəkili Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbçiləri təbrik edib, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulayıb.
    Sonra tədbir bədii hissə və Bakıdan gəlmiş incəsənət ustalarının konsert proqramı ilə davam edib.

    Müəllif: Redaktor, 10:59

İsmarıclar bağlıdır.