Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olundu.
    Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarixi eksponatlar nümayiş etdirilib.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. “N” saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların çıxışları, “Dirədöymə”, “Kəndirdartma”, “Xoruzdöyüşdürmə”, “Kilimarası”, “Maral” kimi müxtəlif oyunlar maraqla qarşılanıb.
    Dədə Qorqud və Bahar qız milli geyimli atlıların müşaiyəti ilə faytonda meydana daxil olaraq, bayram iştirakçılarına təbriklərini çatdırıblar. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
    Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara can-sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram yoxdur. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Xalqımızın ən qədim və milli bayramı olan Novruz bu günlərdə ölkəmizin hər yerində sonsuz sevinc və xoş əhval-ruhiyyə ilə qeyd olunur.
    Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, aparılan geniş tikinti-quruculuq işlərindən də bəhs edib. Göstərib ki, dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər günü-gündən gözəlləşir, müasirləşir. Rayon rəhbəri əldə edilən uğurlara görə bütün tərtərlilər adından Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib, əmin etdi ki, tərtərlilər bundan sonra da möhtərəm Prezidentimizi dəstəkləyəcək, Azərbaycanımızın müstəqilliyinin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əllərindən gələni əsirgəməyəcəklər.
    Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə, xidmətdə fərqlənən hərbçilərə hədiyyələr, fəxri fərmanlar və bayram sovqatları təqdim olunub. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.
    Tədbirdən sonra rayon rəhbəri məcburi köçkünlər üçün salınmış 1170 ailəlik yeni qəsəbədə məskunlaşan şəhid ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb, onlara bayram sovqatları verib.
    Rayonun təmas xəttində yerləşən bütün kəndlərində bayram tonqalları yandırılıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.