Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    TƏKİ HƏSRƏT BAŞA ÇATSIN

    Onlar ikisi də Qarabağ müharibəsi veteranlarıdır. Hər ikisi polis əməkdaşları olublar. Hazırda təqaüddədirlər. Şıxarx qəsəbəsindəki köçkün şəhərciyində evlə təmin olunublar. Dövlət tərəfindən qaç-qın və məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən qayğıdan razılıq edirlər.
    Ramiz Quliyev Şuşa şəhərindəndir. 1992-ci ilin may ayından Tərtərdə məskunlaşıblar. Şuşa polisində işləyirdi. Mənfur ermənilərin törətdiyi qanlı cinayətlərə biganə qala bilmirdi. Polis əməkdaşı olsa da, döyüş ərazilərinə də gedirdi. Ağdərə istiqamətində yerləşən kəndlər uğrundakı döyüşlərdə iştirak edərək, fədakarlıqlar göstərirdi. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə dəfələrlə “Fəxri fərman”larla təltif olunub, qiymətli hədiyyələr alıb. Döyüş əməliyyatlarını yerinə yetirərkən 2 dəfə ağır yaralanıb, qantuziya alıb. Lakin Ramiz Vətənin dar gündə olduğunu nəzərə alaraq, döyüş yoldaşlarından ayrılmayıb. Yaraları sağalan kimi yenidən cəbhəyə qayıdıb, savaşını davam etdirib.
    Onun polis əməkdaşı kimi də zəhməti qiymətləndirilib. 25 il qüsursuz xidmətlərinə görə 1-ci, 2-ci, 3-cü dərəcəli medalla təltif olunub. 1997-ci ildən Qarabağ müharibəsi veteranıdır, 2016-cı ildən isə polis sıralarından tərxis olunub.
    Elman Muradov Ağdam rayonunun Papravənd kəndindəndir. 1986-cı ildən 2004-cü ilə kimi Ağdam polisində işləyib. Onun da əmək fəaliyyəti əsasən Qarabağ müharibəsi illərinə təsadüf edib. Ağdam, Cəbrayıl, Ağdərə rayonları istiqamətində yerləşən kəndlərin ermənilərdən təmizlənməsində iştirak edib, postlarda olub. Döyüş günlərini həyacanla xatırlayır. Həm torpaq, həm də canlı itkilərimizi təəssüf hissi ilə yada salır. “Oğul Vətən, torpaq üçün döyüşər, ölər. Amma torpaqlarımızın işğal altında qalması məni çox ağrıdır”,–deyir. Polis əməkdaşı kimi göstərdiyi xidmətlərinə görə 1-ci dərəcəli usta adına layiq görülüb.
    Elman Muradova da Şıxarx qəsəbəsindəki yeni köçkün şəhərciyində ev verilib. Məskunlaşdıqları ev hər cür şəraitlə təmin olunub. Əlbəttə, bütün bunlar dövlət rəhbərinin diqqət və qayğısı sayəsində başa gəlib. Lakin bu rahatlığın içərisində yaşasa da, ürəyində bir dərd var. Onu Elman belə açıqladı:
    –Kəndimiz gözümüzün qabağındadır, buradakı evimizdən baxanda görünür, amma, gedə bilmirik. Səhər-axşam olanda sanki havadan kəndimizin ətri gəlir, ona sarı baxmaqdan yorulmuruq…
    Ramiz Quliyev də, Elman Muradov da bildirdilər ki, Aprel döyüşlərində iştirak etmək üçün könüllü müraciət ediblər. Hər iki polis veteranı yenidən mübarizəyə qatılmaq istəyirlər. Taki torpaqlarımız azad olunsun, dədə-baba yurd yerlərinə qayıdış başlansın, həsrət başa çatsın!

    Yazıları Elfuzə VƏLİYEVA
    hazırladı

    Müəllif: Redaktor, 08:28

İsmarıclar bağlıdır.