Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    Ümumdünya Səhiyyə Təşkilatı–Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
    1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin günü Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil qərargahı Cenevrədə yerləşir.
    Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
    ÜST-İcariyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan Birinci Vitse Prezident vəzifəsinə yekdilliklə qəbul edilmişdir.
    Dərin təfəkkürə malik olan ümummilli liderimiz Heydər Əliyev 1995-1996-cı illərdən etibarən bütün sahələri əhatə edən əsaslı islahatların aparılmasına göstəriş verdi. Daha doğrusu, müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq ölkədə köklü islahatların aparılması zərurəti yaranmışdır. Bu üsul Azərbaycan üçün yeni olsa da Heydər Əliyevin düzgün siyasi kursu ölkəmizə uğur gətirdi. Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də köklü islahatlara başlanıldı. Bunun nəticəsində Azərbaycan Səhiyyəsi dünyanın ən demokratik, inkişaf etmiş ölkələrinin anoloji sahələri ilə müqayisə olunacaq səviyyəyə yüksəldi. Bu sahədə aparılan islahatların uğurla başa çatdırılması Azərbaycan Səhiyyəsinin Beynəlxalq standartlara tam cavab verən səviyyəyə yüksəldilməsi istiqamətində atılan addımlar öz bəhrəsini vermişdir. Regionlarda yüksək səviyyəli müalicə-diaqnostika mərkəzlərinin, müasir xəstəxanaların tikilərək, insanların istifadəsinə verilməsi, özəl sahənin inkişafına göstərilən qayğı və diqqət buna parlaq misaldır.
    Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezdentimiz İlham Əliyev səhiyyənin inkişafına daim böyük diqqət və qayğı göstərir. Bir sıra ciddi ağır xəstəliklərlə mübarizəyə dair Dövlət proqramları qəbul edilmişdir. Çünki, səhiyyənin inkişafı əhalinin sağlamlığının təmin olunması deməkdir.
    Artıq 6-cı ildir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə hər il əhalinin kütləvi tibbi müayinəsi həyata keçirilir. Xəstəliklərin erkən aşkarlanmasında bu tibbi müayinələrin çox böyük əhəmiyyəti vardır.
    Bu günə qədər rayonumuzda 28318 nəfər tibbi müayinədən keçib. 2192 nəfər ambulator, 21 nəfər stasionar müalicə qəbul edib.
    2019-cu ilin əvvəlində Azərbaycanda 32,6 min həkim, 55 min orta tibb işçisi, 1751 ambulator poliklinika müəssisəsi, 559 xəstəxana var. Əhalinin hər 10 min nəfərinə orta hesabla 34 həkim, 57 orta tibb işçisi düşür.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbər tutduğu kurs–ulu öndərin kursu, ali məqsəd isə qəbul etdiyi Dövlət proqramları ilə ölkənin dinamik inkişafını təmin etməklə Heydər Əliyevin memarı olan Müasir Azərbaycanı daha da gücləndirmək və gülüstana çevirməkdir.

    Bəkir NƏBİYEV
    həkim terapevt

    Müəllif: Redaktor, 09:32

İsmarıclar bağlıdır.