Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin ruhuna dua oxundu.
    Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu barədə ətraflı məlumat verdi.
    Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində “Şəhidlər Xiyabanın”da dəfn edilmişdir.
    1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
    Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Şəhərin mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, Ədalət Paşayevin, şəhid İlqar Həsənovun, aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun adları verilib.
    Sonra keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun qərərgah rəisi Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Müharibə və Əmək Veteranları Şurasının rayon şöbəsinin sədri İman Almuradov, şəhid atası Telman Hüseynov, qəhrəmanın döyüş yoldaşları Elburus Sadıqov, Rövşən Məmmədov, Mingəçevir şəhərindən gəlmiş Məhəmmədəli Ağazadə çıxış edərək öz xatirələrini danışdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.