Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər rayonunda anım tədbiri keçirilib.
    Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata keçiriblər. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən çox olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilib. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində ötən əsrin sonlarında yüz minlərlə azərbaycanlı Ermənistandan qovulub, torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək soydaşımız şəhid olub, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşüb.
    Tədbirdə qeyd olunub ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü bizim qan yaddaşımızdır. Bu günü heç kəs unutmamalıdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.