Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Tahir Əliyev, Minəvvər Əliyeva, Qəndaf Əhmədova, İbrahim Rüstəmov, Əhəd Cəfərov və başqaları elektrik təsərrüfatının yenidən qurulması, kənd qəbiristanlığına gedən yolun təmiri, suvarma arxlarının təmizlənməsi və digər məsələlər barədə müraciətlər etdilər.
    Rayon rəhbəri qaldırılan məsələlərlə bağlı əlaqədar qurumlara tapşırıqlar verdi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışdı.
    Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.