Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Ədilzadə Vüsal Valeh oğlu 2003-cü ildə Tərtər şəhərində anadan olub. Səhləbad kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir.
    Vüsal poeziya həvəskarıdır.
    Onun “Mübariz” şeiri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilib.
    Hiss olunur ki, Vüsal Ədilzadə duyğularını poetik bir dillə ifadə edə bilər. Bunun üçün çox çalışmalı, mütaliə etməli, klassik və müasir azman şairlərimizin yaradıcılıqlarını mükəmməl öyrənməlidir.
    Biz Vüsala uğurlar diləyirik!

    “Yeni Tərtər”

    Mübariz

    Dözmədi yağıdan gələn zülümə,
    Gözünü qırpmadan baxdı ölümə.
    İgid oğul oldu doğma elimə,
    Düşmənlə savaşa girdi Mübariz.

    Bir məktub yazaraq qoydu yadigar,
    Dedi ki, “sinəmdə həsrət közü var.
    Görəsən Qarabağ bizi bağışlar?”
    Vətənin borcunu verdi Mübariz

    O, Vətən eşqiylə alışdı, yandı,
    Qəlbindən bir vulkan qalxdı, oyandı.
    Hər qarış torpağı qeyrəti sandı,
    Şəhidlik çələngi hördü Mübariz.

    Vüsal ƏDİLZADƏ

    Müəllif: Redaktor, 09:03

İsmarıclar bağlıdır.