Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Qapanlı kəndi Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqəsidir. Ölkənin hər yerində olduğu kimi, burada da sosial-iqtisadi inkişaf öz axarı ilə davam etməkdədir.
    Qapanlı kəndi rayon mərkəzindən 14 km, düşmənlə təmas xəttindən 200 metr məsafədə yerləşir. Əhalisi 753 nəfərdən, 101 evdən, 128 təsərrüfatdan ibarətdir. 433 hektar ərazinin 281,06 hektarı əkin sahəsidir. Son illərdə aparılan islahatlar Qapanlı kəndinin simasını və onun əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb olub.
    2016-cı ilin məlum Aprel hadisələrindən sonra ölkə Prezidenti İlham Əliyevin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Tərtərə və Qapanlı kəndinə səfəri sakinlərin ruh yüksəkliyini qat-qat artırdı. Bu gün deyə bilərik ki, Qapanlı kəndi inkişaf etmiş müasir kəndlərdən biridir. Aprel hadisələrindən sonra kənddə bütün evlər təmir olundu. Mübariz Bayramovun evi isə uçduğu üçün yenidən tikildi.
    Qapanlı kəndində yaşayan sakinlərin su, işıq problemi tamamilə qaydaya salınıb. Hər bir evə içməli su çəkilib. Elektrik dirəkləri, naqillər dəyişdirilərək “SİP” kabellə əvəz olunub. Kənd telefon və internetlə tam təmin olunub. Kəndə gələn yolun 3 km-i asfaltlanıb, qalan hissəsinə çınqıl döşənib. Küçələr gecə işıqlandırma sistemi ilə təchiz edilib. Kəndin infrastrukturu xeyli dəyişib. Sakinlərin sağlamlığının qayğısına qalınaraq müasir tipli ambulatoriya tikilib istifadəyə verilib. Kənddə mühafizə işi də günün tələbləri səviyyəsində qurulub, yeni polis məntəqəsi tikilib.
    Məlumdur ki, Qapanlı kəndi tez-tez mənfur qonşuların xəyanəti ilə qarşılaşır. Əsgərlərimizin ayıq-sayıqlığı dəfələrlə baş verəcək təhlükənin qarşısını alıb. Ona görə də hərbi hissəyə gedən yola çınqıl döşənərək, torpaq yol çınqıl yolla əvəz olunub. Küçələr daim zibil tullantılarından təmizlənərək abad saxlanılır.
    Kənddə əsasən insanların dolanışığı əkinçilik və heyvandarlıq sahəsinin inkişafı ilə əlaqəlidir. Camaat pay torpaqlarının əkilib-becərilməsi ilə məşğuldur. Qeyri-neft sektorunun inkişafı sakinlər tərəfindən rəğbətlə qarşılanır. Heyvandarlığın, pambıqçılığın, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Ötən il 4 nəfər 6 qutudan 297 kq barama təhvil verib. Bahadur Süleymanovun isə aqrolizinq yolu ilə aldığı 2 baş mal, artıq 3-cü ildə 6 baş olub. Bütün görülmüş işlər kənd camaatının sabaha olan inamını artırır. Kənd sakinləri bu cür abad kənddə yaşamaları üçün ölkə və rayon rəhbərlərinə öz minnətdarlıqlarını bildirirlər. Bu gün hər bir sakinimiz deyə bilər ki, Qapanlı kəndi müasir, abad kəndlərdən biridir.

    Aydın ORUCOV
    Qapanlı kəndinin sakini

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.