Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada orta nəsillə birlikdə gənc nəsil də çalışmasın. Gənclər bizim gələcəyimizdir. Onlara arxa-dayaq olmaq, doğru yola istiqamətləndirmək hər birimizin vətəndaşlıq borcudur. Səbuhi Kərimov da ilk əmək fəaliyyətinə məhz “Yeni Tərtər” qəzeti redaksiyasında fotomüxbir vəzifəsi ilə başlayıb. Burada çalışan hər kəsdən, xüsusilə redaktorun təcrübəsindən bəhrələnib. İşləyə-işləyə təhsilini davam etdirib. Pedoqoji təhsil alıb.
    Gənc müəllim Səbuhi Kərimov 2011-ci ildə müəllimlərin işə qəbulu komissiyasından keçdikdən sonra Mamırlı kənd tam orta məktəbində coğrafiya fənnini tədris etməyə başlayıb. Artıq ilk dərs günündən 8 il ötüb. Səbuhi müəllim üzərinə düşən məsuliyyətin ağırlığını, onun mahiyyətini dərindən dərk edir. Müəllimlik müqəddəs peşədir. Müasir dövrümüzdə şagirdlərin maraq dairəsi olduqca genişdir. Dərsin tədrisində elə üsullardan istifadə etmək lazımdır ki, gündən-günə şagird daha maraqlı olsun. Gənc müəllim bu işin öhdəsindən layiqincə gəlir. Yaxınlarda 9-10-11-ci siniflərdə keçirilən fənn olimpiadasının 1-ci turunda Səbuhi Kərimovun dərs dediyi şagirdinin müvəffəqiyyət qazanması buna əyani sübutdur. Bu uğurun nəticəsidir ki, müəllim və şagirdi rayon təhsil şöbəsinin “Fəxri Fərman”ına layiq görülüblər.
    Səbuhi müəllimin fikrincə şagird dərsi sinifdə mənimsəməlidir. Bunun üçün müxtəlif tədris metodlarından istifadə etmək və dərsin şagirdlər tərəfindən necə mənimsənilməsinə nəzarət etmək lazımdır. Müxtəlif müsabiqələrin, şagirdlərin bir-biri ilə sinifdaxili yarışmaları və sairəni Səbuhi müəllimin tədris metoduna aid etmək olar. Səbuhi müəllim öz iş prinsipində təcrübəli müəllimlərin bilgilərinə istinad edir. Odur ki, həm müəllimlərin, həm də şagirdlərin rəğbətini qazanıb. O, dəfələrlə məktəb direktorluğu, təhsil şöbəsi, YAP rayon təşkilatı və rayon icra hakimiyyəti tərəfindən “Fəxri fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Çalışdığı bu müqəddəs peşədə gənc müəllimə uğurlar arzulayıram.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:14

İsmarıclar bağlıdır.