Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    QƏZETİMİZDƏKİ FOTOLARIN MÜƏLLİFİ

    Mətbuat ən qədim və maraqlı informasiya vasitəsidir. Hələ televiziyanın, radionun olmadığı zamanlarda insanlar bütün xəbərləri mətbuat vasitəsilə əldə edirdilər.
    “Kolxozçuların varlanması uğrunda”, “Qızıl Bayraq”, “Tərtər”, “Yeni Tərtər” adları ilə nəşr olunan qəzetimiz 1934-cü ildən oxucularımızı maarifləndirməklə məşğuldur.
    Şəkillər insanı keçmişə aparan, həmin anda yaşanan xatirələrini göz önündə canlandıran bir vasitədir. Fotolar hər hansı tarixi anın yadigarıdır. Fotoqrafın zövqü zəngin, dünyabaxışı maraqlı və fərqli olmalıdır.
    “Yeni Tərtər” qəzetinin kollektivinə daxil olmağım qısa bir müddət olsa da mənə doğma olan iş yoldaşlarımdan biri Kənan Hüseynzadənin redaksiyanın işlərində fəal iştirakını nəzərə alaraq ondan yazı hazırlamağı özümə borc bildim.
    Kənan Şəmşir oğlu Hüseynzadə 1978-ci ildə Tərtərdə anadan olub. O, orta təhsilini Tərtər şəhər 5 saylı tam orta məktəbdə və rayonun İsmayılbəyli kənd məktəbində alıb.
    Fotoqrafiyaya sevgisi onda hələ uşaq vaxtlarından yaranıb və bu sənətə öz istəyi ilə nail olub. O, 1996-2000-ci illərdə ANS kanalında Qarabağ bürosunda reportyor işləyib. 2006-cı ildən isə “Yeni Tərtər” qəzetində fotomüxbir kimi fəaliyyət göstərir.
    Boş zamanlarında fotosənətin sirlərinə yaxşı bələd olduğu üçün mərasimlərə dəvət alır. Onun uğurlu kadrların sahibi olmaqla yanaşı insanların istəyini səbrlə qarşılaması haqqında da eşitmişəm. Təcrübəli fotoqraf olduğu üçün rayonda keçirilən bütün tədbirlərin işıqlandırılması Kənan Hüseynzadəyə tapşırılır. O, redaksiyanın işlərini mükəmməl bilir. Sənətinə olan sevgisi bir yana kollektivə qarşı çox səmimi və qayğıkeşdir. Yaşından asılı olmayaraq bütün işçilərə bir şey lazım olanda etiraz etmədən onu həll edir. 2017-ci ilin 9 noyabrında Aprel hadisələrinin işıqlandırılmasında fəal iştirakına görə “Vətən naminə” medalına layiq görülüb.
    Belə bir arzum var ki, tezliklə işğal altında olan torpaqlarımız qan tökülmədən, top-tüfəng səsi eşidilmədən, sülh yolu ilə geri qaytarılan zaman Kənan yüksəkliklərdə dalğalanan Azərbaycan bayrağının şəkillərini lentə alsın.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:17

İsmarıclar bağlıdır.