Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Bir faciə yaşadın. Bu, həyatın son faciəsiydi– ölüm faciəsiydi. Səsində tək bir ananın deyil, bir elin, obanın fəryadı vardı, qanına qəltan olmuş körpə, cavan, qoca… günahsız insan ruhlarının fəryadı inləyirdi, bu Xocalı fəryadıydı. Bunu hər kəs edə bilməzdi. Amma sən bacardın, öhdənə götürdüyün işi sona çatdırdın. Digərlərinin bu məşəqqəti çiyinlərində daşımağa cəsarəti çatmazdı. Amma sən ürək yanğınla, səmimiyyətinlə, nalənlə bacardın. Elə bu fəryadla da yaddaşlara hopdun, xatirələrdə qaldın, Aybəniz xanım! Bəlkə də elə ilk zərbəni onda aldın, sən!
    Sonrakı, həyatdan aldığın zərbə daha ağır, çəkilməz oldu. Bu zərbəyə dözə bilməzdin, bilmədin də. Doğmasının itkisinə tab gətirmək, onun acısını yaşamaq üçün sağlam beyin və ürək lazımıydı. Xocalı faciəsini yaşarkən zədələnmişdi beynin və ürəyin. Görünür, ikinci ağır zərbəyə dözümləri qalmayıbmış. Beyninə qan sızdı, ürəyin dayandı. Bu qəfləti gedişin təkcə övladlarının, doğmalarının deyil, elinin, obanın, Tərtər deyilən yurdun itkisinə çevrildi. Sənin bu faciənə nə qədər insan heyfsləndi, göynədi, ağladı, təlaş keçirdi. Bunlar sənin qazandığın xətrin, hörmətin göstəricisiydi, bu fani dünyada qoyub getdin. Çoxlarına nümunə, örnək idin, bəlkə də bundan heç özünün xəbərin yoxuydu?
    Sənin haqqında bir neçə kəlməni söyləməyi özümə borc bildim. Sanki ruhun qarşısında bununla sevgimi bildirirəm. Səndə əsl Azərbaycan qadınına xas olan cəhətlər varıydı. Ona görə də bir qadın kimi rəğbətim yaranmışdı sənə. Sanki səni illərdi ki, tanıyırdım. Çox təəssüf!!!
    İndi sən öz əbədi dünyana qovuşmusan, yalanlardan, saxtalıqlardan, ikiüzlülükdən…daha nələrdən-nələrdən uzaq saf dünyadasan. Allah yerini behişt eləsin, qəbrini nurla doldursun! Bir insan kimi, ləyaqətli qadın kimi yaddaşımda daim qalacaqsan, Aybəniz xanım.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.