Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
    Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində olublar. Muzeydə saxlanılan aprel şəhidlərinin hərbi formaları və əşyaları kursantlarda böyük maraq doğurub.
    Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel savaşında Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələri seyr ediblər.
    Sonda xatirə şəkli çəkilib.

    Müəllif: Redaktor, 10:27

İsmarıclar bağlıdır.