Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
    Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Hafizə Kərimova, İsrail Mahmudov, Şahmar Nəsirov, Esmira Şirinova, Zabil Allahverdiyev və başqaları içməli su, kənd yollarının təmiri, subartezian quyusunun bərpası, işlə təminat və digər məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlər barədə, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, onları narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Kənd sakinləri adından şəhid atası Mənsim Allahverdiyev və Sahib Çuquyev əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.