Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    Uzun illərdir ki, xalqımız milli-mənlik şüurunu qoruyub saxlayır. Bu adət və ənənələri gələcək nəsillər də davam etdirəcək. Milli-mənəvi dəyərlərimizə bağlılıq, yurd sevgisinin uşaqlarda aşılanması üçün yaşlı nəsl həmrəy şəkildə birləşməli, əlindən gələni etməlidir. Məsələn, “Dədə Qorqud” dastanı milli-mənəvi abidəmizdir, çünki onu oxuyanda keçmişimizi görürük. Milli-mənlik şüuru vətənə, torpağa, adətlərə sadiqlik deməkdir.
    Vətənimiz Azərbaycan ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanətidir. Torpaq sevgisi, milli-mənəvi dəyərlərimizin mühafizəsi ilə yanaşı dilimizin yad ünsürlərdən qorunması da gənclərin öhdəsinə düşən ən aktual məsələdir.
    Tarixçilər vətənimizin dünyanın ən qədim, zəngin tarixə malik olduğunu inamla söyləyirlər. Azərbaycanın xöşbəxt gələcəyi olan gənclər bilməlidirlər ki, milli-mənəvi dəyərlərimiz bizim keçmişimiz, bu günümüz, bir sözlə, əbədiyyətimizdir.
    Gələcək nəsl nəinki tariximizin Koroğlu, Qazan xan, Nəbi kimi igidlərindən, bu gün də onların davamçısı olan Mübariz İbrahimovtək oğullarından nümunə götürməlidirlər.
    Keçmişimizlə maraqlananda tariximizdə nə qədər dəyərli şəxsiyyətlərin olduğu aşkara çıxır. Azərbaycanın adı hər zaman tarixin parlaq səhifələrində yer tutub. Bu torpaq qəhrəmanlarla, tarixi şəxsiyyətlərlə yanaşı Nizami, Füzuli, Nəsimi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi söz xiridarları yetişdirib. Milli adət-ənənələrə bağlılıq ondan irəli gəlir ki, hər birimiz tariximizlə fəxr edirik.
    Vətənimizi, xalqımızı qorumaq üçün savadlı, təlimli gənclər ordusu lazımdır. Ölkə prezidenti İlham Əliyev deyib: “Gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar”.
    Azərbaycan gənclərinin həm vətənimizdə, həm də xaricdə yaxşı təhsil alması üçün dövlət əla şərait yaradıb. Lakin onlar unutmamalıdırlar ki, dünyanın hər hansı yerində olmasından asılı olmayaraq onlar ölkəmizi təmsil edirlər. Tarixin yadigarı olan abidələrin mühafizəsi, adətlərimizin yaşadılması daim gələcək nəslin diqqət mərkəzində olmalıdır.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:28

İsmarıclar bağlıdır.