Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    AZƏRBAYCANIN MİRVARİSİ

    Şuşa şəhərinin intensiv surətdə atəşə tutulması 1992-ci il mayın 7-də başlayıb və mayın 8-i səhər saat 6-dək davam edib. Bu zaman təxminən 1000 düşmən əsgəri Şuşaya üç tərəfdən hücum edib. Bu hücumun həyata keçirilməsində düşmən 40 ədəd zirehli texnikadan istifadə edib.
    1992-ci il mayın 8-də Şuşa şəhəri və eyniadlı rayonun 38 yaşayış məntəqəsi silahlı erməni qəsbkarları tərəfindən işğal olunub. Şuşa uğrunda döyüşlər zamanı 480 nəfər dinc sakin qətlə yetirilib, 600 nəfər yaralanıb, 1500 nəfər əlil olub, 552 uşaq yetim qalıb, 68 mülki vətəndaş girov götürülüb və ya itkin düşüb.
    Şuşanın işğalı nəticəsində 23 min 156 nəfər azərbaycanlı daimi yaşayış yerindən qovulub. Bununla da Dağlıq Qarabağda etnik təmizləmə başa çatıb və bu ərazidə bir nəfər azərbaycanlı qalmayıb. Erməni silahlıları Şuşa şəhərinin çoxlu sayda tarixi və mədəni obyektlərini dağıdıblar. 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, turizm bazası, Şərq musiqi alətlər fabriki, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, 20 kitabxana işğal olunub, nadir əlyazmalar yandırılıb, məscid və dini abidələr yararsız hala salınıb. Ümumilikdə 279 dini, tarixi və mədəni abidə məhv edilib.
    Dağıdılmış və talan edilmiş yerlərin siyahısına, həmçinin paleolit dövrünün məşhur abidəsi olan Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxildir. Yalnız Şuşa üzrə dəymiş maddi zərərin məbləği 4,3 milyard ABŞ dolları təşkil edir. Bu rəqəm sadəcə işğal dövrünə aiddir.
    Hazırda şuşalılar respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıblar. Dövlətin və ölkə rəhbəri İlham Əliyevin qayğısı ilə əhatə olunsalar da, doğma ocaq, yurd həsrəti çəkirlər. İnanırlar ki, Azərbaycanın işğal altında olan mirvarisi–Şuşa yaxın zamanlarda azad olacaq.

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.