Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    HAMININ DOSTU OLMAĞI BACARAN QƏZET

    Bünövrəsi 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşriylə qoyulmuş Azərbaycan qəzetçiliyi 144 illik çətin və şərəfli bir yol keçmişdir. Günümüzdəki mətbuat durumunun dumanlığında öz siması, dəsti-xətti ilə seçilən, “Əkinçi”nin ənənələrinin layiqli davamçısı sayıla biləcək az sayda mətbu orqanlardan biri də bu gün səksən beş yaşı tamam olan “Yeni Tərtər” qəzetidir.
    Bu gün bu qəzetin bayramıdır, onun timsalında rayonumuzun, ümumilikdə isə mətbuatımızın bayramıdır.
    “Yeni Tərtər” əyalət qəzetidir. Lakin səriştəli, savadlı, fundamental yazılarıyla, professional və obyektiv yanaşma tərziylə, çox geniş və əlvan tematikasıyla, günün aktual məsələlərinə sürətli reaksiyasıyla, oxucusuyla Ana dilində danışmasıyla mərkəzi Respublika qəzetləriylə bir sırada dayanmağı bacarır.
    O, sosial mənşəyindən, təhsilindən, peşəsindən, yaşından asılı olmayaraq hamıyla ünsiyyət qurmağı və hamının dostu olmağı bacarır.
    Rayon qəzeti tariximizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qısqanc bir təəssübkeşidir.
    “Yeni Tərtər” ədəbi dilimizin saflığının onun normalarının qorunmasında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir. Televiziyalarda, boz mətbuatda baş alıb gedən dil xətalarına onun səhifələrində rast gələ bilməzsən.
    Rayon icra hakimiyyəti daim qəzetə, onun kollektivinə arxalanır və güvənir, qiymətini almış bir qəzetin xoş halına!
    “Yeni Tərtər” tərəqqi edib çiçəklənən rayonumuzun həyatına bütün çalarlarıyla ayna tutur, onu sabaha daşıyır, tarixə çevirir.
    Sabah çox tədqiqatçılar mötəbər mənbə kimi “Yeni Tərtər”ə müraciət edəcək, ondan çox şeylər öyrənəcəklər.
    Bu qəzetin çox mütəşəkkil yaradıcı kollektivi var. Onun köksündə isə özünəqəsdçi bir vətəndaşın, Məmməd Arazın davamçısı bir şairin, səriştədən yoğrulmuş bir redaktorun, sınmaq bacarmayan müqtədir bir insanın ürəyi döyünməkdədir.
    Eşq olsun Sizlərə!
    Səksən beş yaşımız–Bayramınız mübarək!

    Ehtiramla: Zabil ZEYNALOV,
    Umudlu kənd tam orta
    məktəbinin direktoru

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.