Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

    Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatının iclas zalında rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışdı və bu gün ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətini davamlı olaraq həyata keçirdiyini qeyd etdi.
    Məruzədə göstərildi ki, ulu öndərin istər birinci, istərsə də ikinci dönəmlərdə ölkəmizə rəhbərliyi dövründə həmişə gənclərin problemləri və onların həlli onun işinin əsas qayələrindən biri olub. Bildirildi ki, Heydər Əliyev müstəqillik dövründə də Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasını daim söyləyirdi. Bu gün gənclərimiz ümummilli lider, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, qüdrətlənməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunması üçün ölkə baş­­­çımız İlham Əliyevin işləyib hazırladığı daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini lazımi səviyyədə verməyə çalışırlar.
    Tədbirdə Güləbatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, Heydər Əliyev Mərkəzinin işçisi Mərziyə Əmirxanlı, mərkəzi xəstəxananın baş həkiminin müavini Mətanət Hüseynzadə, YAP rayon təşkilatı aparatının məsləhətçisi Zakir Bağırov, Qaraağacı bələdiyyəsinin sədri Rizvan Əzimov çıxış edərək bildirmişlər ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar ölkəmizin daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:37

İsmarıclar bağlıdır.