Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    Изображение 093Bu il ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərimizin Mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
    Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açıb. Bildirib ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9372 nəfər şagirdin təlim-tərbiyyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Qeyd olunub ki, bu il tam orta məktəbləri 692 nəfər mə-zun bitirib. Onlardan 331 nəfər ali məktəblərə sə-nəd verib. 168 nəfər ali, 60 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplayıb, 5 nəfər Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.Изображение 125İsmayılbəyli kənd tam orta məktəbinin direktoru Yeganə Zamanova, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, şəhər 1saylı, 5 saylı tam orta məktəblərin direktorları Nəcibə Muradova və Arzu Bayramova, Gülabatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev çıxış edərək, təhsilə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, yenicə tələbə adını almış gəncləri təbrik ediblər. Orta məktəb məzunlarından Aytac Mahmudova, Türkan Əsədova, Əsmər Atayeva, Əsmər Şükürlü, Günel Abbaslı, Pərvanə Abbaslı və Qoşqar Nəzərov çıxış edərək ürək sözlərini bildiriblər.
    Sonra MTN-nin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əzizov və polis şöbəsinin rəisi Rauf Məcidov tələbə adını alan gəncləri təbrik edərək onlara öz tövsiyələrini veriblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələri təbrik edərək onlara təhsildə uğurlar diləyib, və-tənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə edib.
    Tədbirin sonunda 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti başçısı və təhsil şöbəsi tərəfindən hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
    Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev 600-dən yu-xarı bal toplayan 6 nəfərə öz hədiyyələrini təq- dim edib.

    Müəllif: Redaktor, 12:53

    Teqlər:

İsmarıclar bağlıdır.