Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    QURUCULUQ DAVAM EDİR

    Prezident İlham Əliyevin Tərtərə hər səfəri rayonun sosial-iqtisadi yüksəlişinə, əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına əhəmiyyətli təsir göstərmiş, sakinlərdə sabaha inamı artırmışdır.
    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası sayəsində Tərtər rayonu əsaslı şəkildə dəyişərək abad diyara çevrilmişdir. Rayonun Qazyan, Borsunlu, Qaradağlı, Hüsənli, Şıxarx kənd 2 və 6 saylı şəhər tam orta, Qazyan, Rəcəbli kənd ümumi orta məktəb binaları əsaslı təmir olunmuş, Poladlı, Şıxarx və Bayandur kəndlərində “Modul” tipli məktəb binaları istifadəyə verilmişdir. Qapanlı kəndində yeni həkim məntəqəsi tikilmiş, rayon mərkəzi və Bəyimsarov kənd xəstəxanaları əsaslı təmir olunmuşdur.
    Tarix-diyarşünaslıq muzeyi, Uşaq-gənclər şahmat məktəbi, YAP rayon təşkilatının binaları, şəhərin Nizami və Elman Səfərov küçələrində hər biri 100 yerlik, Şıxarx qəsəbəsində 280 yerlik müasir tipli körpələr evi-uşaq bağçası, Dövlət Aqrar İnkişaf Mərkəzi, xalça istehsalı emalatxanası, regional qaz istismarı, elektrik şəbəkəsinin, statistika idarəsinin inzibati binası da bu illərdə inşa edilmişdir.
    Bunlardan əlavə, Tərtər şəhərində 112 ictimai yaşayış binasının dam örtüyü, fasad və giriş hissəsi əsaslı təmir olunmuş, həyətlərdə abadlıq və quruculuq işləri aparılmış, 48 min kvadratmetrdən çox asfalt örtük salınmışdır. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudovun, Ədalət Paşayevin, İlqar Həsənovun və Aprel döyüşlərində igidlik göstərmiş Nicat İsgəndərovun adlarına verilmiş küçələrdə barelyefləri vurulmuşdur.
    Tərtər şəhərinin içməli su-kanalizasiya sisteminin yenidən qurulması və 21 kəndin içməli su təminatının yaxşılaşdırılması da sakinlərdə böyük razılıq doğurmuşdur.
    Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər yenə davam etdirilir. Uzunluğu 18 kilometr olan “Tərtər-Goranboy”, uzunluğu 19 kilometr olan “Tərtər-Hindarx”, uzunluğu 23.2 kilometr olan “Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı” avtomobil yolunun əsaslı təmiri bölgə əhalisinə rahatlıq gətirmişdir.
    Dövlət başçısının təşəbbüsü ilə Şıxarx qəsəbəsi ərazisində hər cür infrastruktura malik 1176 məcburi köçkün ailəsi üçün müasir tipli yaşayış məhəlləsi inşa edilmişdir. Şıxarx, Həsənqaya və Çaylı kənd-lərində məskunlaşan məcburi köçkünlər üçün isə 78 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
    Milli Ordumuzun zəfər salnaməsinə şanlı tarix kimi yazılan Aprel döyüşlərinin yüksək əhvali-ruhiyyə doğurduğu qürurlu günlərdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın Tərtərə səfəri də unudulmaz anlarla yaddaşlara həkk olunub. O vaxt Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tərtər şəhərində və kəndlərdə bir neçə ev, sosial obyekt artilleriya mərmiləri ilə dağıdılmışdı. Dövlət başçısı yaranmış vəziyyətlə yerində tanış olub zərərçəkənlərlə görüşdükdən sonra 17 yaşayış məntəqəsində 256 yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün vəsaitin ayrılmasına sərəncam imzaladı. Təmir-bərpa işlərinə başlandı və dağılan evlər əvvəlkindən də gözəl və yaraşıqlı görkəm aldı. Bir neçə aydan sonra– 2016-cı il dekabrın 3-də Tərtərə yenidən səfər edən Prezident İlham Əliyev demişdir: “Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə, son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada–döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
    Hazırda rayonda yaz-tarla işlərinin qızğın çağıdır. Bol məhsul yetişdirmək üçün hamı qüvvə və bacarığını sərf edir. Tikinti, abadlıq, quruculuq işləri davam etdirilir. Olimpiya İdman Kompleksi, Bayraq muzeyi, rayon icra hakimiyyəti üçün yeni bina, Sarov-Borsunlu avtomobil yolu tikilir.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.