Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Qarabağ həqiqətlərindən bəhs edən filmdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.
    Xronometrajı 100 dəqiqə olan film real hadisələrə əsasən çəkilib. “Son nəfəsədək”də Qarabağ müharibəsi dövründə döyüşçülərimizin göstərdiyi rəşadət canlandırılıb.
    Filmin nümayişində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, hərbiçilər, filmin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Filmin nümayişindən öncə Dövlət Himnimiz səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ münaqişəsi ilə bağlı reallıqların əbədiləşdirilməsi, bugünki və gələcək nəsillərə çatdırılması, düşmənin və onların himayədarlarının iç üzünün açılması üçün filmlərə də böyük ehtiyac duyulduğunu qeyd edib. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. Filmin yaradıcı heyətinə və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
    Tədbirdə digər çıxış edənlər vətənpərvərlik mövzusunda çəkilən filmin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müsbət rol oynayacağını bildiriblər.
    Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən filmin yaradıcı heyətinə xatirə hədiyyəsi təqdim olunub.

    Müəllif: Redaktor, 11:17

İsmarıclar bağlıdır.