Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi.
    Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
    Konfransı giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı reallaşdırılan layihələr, dövlət proqramları barədə söhbət açdı.
    Konfransda YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış etdi.
    Hesabat məruzəsi ətrafında Buruc kənd tam orta məktəbin müəllimi Gülsəba Tağıyeva, Qaynaq kənd ümumi orta məktəbin müəllimi Murad Hüseynov, mərkəzi rayon xəstəxanasında tibb bacısı Aygün Cəfərli, Evoğlu kənd tam orta məktəbin müəllimi Elcan Nadirli çıxış etdilər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin sosi-aliqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahələrində görülən işlərdən və dövlət başçısı İlham Əliyev tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər rayonuna daim göstərilən diqqət və qayğıdan danışdı.
    Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyətindən söz açdı.
    Konfransda təşkilati məsələlərə baxıldı. YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin 11 nəfərdən ibarət Şurası, 5 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçildi.
    Səsvermə nəticəsində Tünarə Məmmədzadə Gənclər Birliyinin sədri seçildi.
    Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:23

İsmarıclar bağlıdır.