Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin idarə heyətinin üzvləri, təşkilatın Qaradağ Rayon filialının, Holcim Azərbaycan ASC-nin və Qaradağ Rayon İcra Hakimiyyətinin bir qrup nümayəndə heyəti cəbhəyanı bölgədə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşmək üçün Tərtər rayonuna səfər ediblər.
    Görüşdə həmçinin, Azərbaycan QMƏVŞAİB-in Ağdam, Bərdə və Tərtər rayon filiallarının sədrləri də iştirak etmişdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlarla görüşüb və cəbhəyanı bölgədə olan vəziyyətlə onları tanış edib. Respublika Prezidenti İlham Əliyevin şəhid ailələrinə, əlillərə, veteranlara, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildiribdir. O, rayon ictimaiyyətinin hərbi hissələrin əsgərlərinə daima dayaq olduğunu qeyd edib.
    Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
    Sonra qonaqlar əsgərlərlə görüşmək üçün rayon ictimaiyyətinin müşayiəti ilə “N” saylı hərbi hissəyə yollanıblar.
    Azərbaycan QMƏVŞAİB-in sədri ehtiyatda olan polkovnik Mehdi Mehdiyev əsgərlər qarşısında çıxış edərək ictimai birliyin həmişə onlara dayaq olduğunu bildirib. Tədbirdə digər çıxış edənlər əsgərlərin sərhədlərimizi qəhrəmancasına qorumasından, dövlətimizin onlara qayğısından danışıb, ordu və xalq birliyinin möhkəm olduğunu bildiriblər.
    Tədbirin sonunda nümayəndə heyəti cəbhə bölgəsinin ön xəttində əsgərlərin müdafiə mövqeləri ilə tanış olub, onlara şərəfli xidmətlərində uğurlar arzulayıblar.

    Müəllif: Redaktor, 11:36

İsmarıclar bağlıdır.