Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib.
    Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verildi, onların həyat şəraitinin yaxşılaşdırılmasına başlanıldı, soydaşlarımız üçün yeni qəsəbələr salındı.
    Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti seçiləndən sonra qaçqın və məcburi köçkünlərin problemlərinə həssas münasibətini ortaya qoydu. Yüksək dövlət postunda ilk müşavirəsini, məhz bu məsələyə həsr etdi. 2017-ci ilin martın 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi, ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məsələsi müzakirə olundu…
    Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin ixtiyarına verildi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yaranan bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın sosial və məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini həmişə diqqət mərkəzində saxlayır. İndiyədək Azərbaycanda mənzil və evlərlə təmin olunan məcburi köçkünlərin sayı 300 minə çatdırılıb.
    Hazırda Tərtər rayonunda 14 min nəfərə yaxın soydaşımızı özündə birləşdirən 4135 məcburi köçkün ailəsi və 2600-dən çox insanı özündə birləşdirən 575 qaçqın ailəsi məskunlaşıb.
    Ölkə Başçısının: “Azərbaycanda bir ədəd də olsun çadır şəhərciyi qalmayacaq” vədi tamamilə yerinə yetirilmişdir.
    Rayonumuzun Şıxarx qəsəbəsində 1170 köçkün ailəsi üçün tikilmiş yeni şəhərcik də möhtərəm Prezidentimizin xeyir-duası ilə onların istifadəsinə verilmişdir. Soydaşlarımızın rahatlığı üçün həmin şəhərcikdə hər cür şərait yaradılmış, məktəb, tibb məntəqəsi, uşaq bağçası-körpələr evi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir.
    Rayon icra hakimiyyətinin başçısı tərəfindən rayonumuzda məskunlaşan minlərlə məcburi qaçqın və köçkün ailələrinə həmişə yaxından qayğı və diqqət göstərilir, onların problemlərinin həllinə həssaslıqla yanaşılır. Dövlətimizin qayğısı sayəsində məcburi köçkün və qaçqın soydaşlarımız hər cür qayğı ilə əhatə olunmuşlar.

    Nübar MEHDİZADƏ­­

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.