Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Şəhid Vasif Abdullayevin adını daşıyan ümumi orta məktəbdə anım günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Tərtər rayon “Cümə” məscidinin axundu, Azərbaycan Tərtər rayon QMƏVŞAİB-nin sədri və üzvləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak edirdi. Öncə tədbir iştirakçıları Təzəkənd kənd şəhidlərinin fotoguşəsinin qarşısına tər güllər qoyaraq, ehtiramlarını bildirdilər. Mərasimi məktəbin direktoru Azər Həsənov açdı. Dövlət himni səsləndikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyətinin nümayəndəsi Zabil Paşayev dövlət başçısının şəhid ailələrinə göstərdiyi qayğıdan danışaraq şəhid ailələrinin daim dövlətin nəzarətində olduğunu bildirdi. Azərbaycan QMƏVŞAİB-nin Tərtər rayon bölməsinin sədri Suliddin Yusibov tədbir iştirakçılarına bildirdi ki, Tərtər rayonu 360 nəfərdən çox şəhid verib. Bu şəhidlərdən 3 nəfəri–Mehdiyev Elman Nəriman oğlu, Quliyev Arif Qaraca oğlu və Abdullayev Vasif Şahlar oğlu Tərtər rayon Təzəkənd kəndinin sakinləri olublar. Şəhid Vasif Abdullayev 26 iyun 1994-cü ildə torpaqlarımızı erməni işğalçılarından azad edərkən qəhrəmancasına şəhid olub. Tədbirdə iştirak edən Vasif Abdullayevin döyüş yoldaşları Elburus Sadıqov, Etibar Qasımov, Şəmsi Qasımov, Eyvaz Ata-yev, Rövşən Məmmədov şəhidin keçdiyi döyüş yo-lundan danışdılar.
    Tədbirdə Təzəkənd kənd şəhidlərinin övladları Ay-nurə Mehdiyeva və Rauf Quliyev bu mərasimin təş-kil olunmasında əməyi olan hər bir kəsə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər dinləndi. Xatirə şəkli çəkdirildi.
    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:57

İsmarıclar bağlıdır.