Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Möhtərəm cənab Prezident!
    Zati-Alilərinizə müraciət etməkdə məqsədim mənim bir şair, qələm adamı kimi yaradıcılığıma yüksək dəyər verərək Azərbaycanın Xalq şairi adına layiq gördüyünüzə görə Sizə öz dərin minnətdarlığımı bildirməkdir.
    Əzəli və əbədi torpaqlarımız olan Dərələyəz mahalında təvəllüd tapdığıma görə, bəri başdan qeyd edim ki, mən Azərbaycanın Xalq şari fəxri adına layiq görülmüş ilk Qərbi Azərbaycanlıyam. Ona görə də bu ada layiq görülməyimdən xüsusi qürur duyuram. Qeyd etməyi özümə borc bilirəm ki, Zati-Alilərinizin məni belə yüksək məqama yüksəltməsi həmyerlilərim tərəfindən böyük bir rəğbətlə qarşılandı. Təmasda olduğum çoxsaylı insanlar mənə göstərilmiş bu diqqət və qayğını, eyni zamanda, onların hər birinə göstərilən sayğı kimi dəyərləndirirlər. Həm də Sizin diqqətinizə çatdırmağı dönə-dönə rica etdilər ki, zaman-zaman öz yuvalarından didərgin düşmüş insanlar ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ruhuna, onun siyasi və ən yüksək insani keyfiyyətlərinin daşıyıcısı olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə daim sadiq olacaqlar və onları bu yoldan heç bir siyasi qüvvə, kiminsə yersiz ambisiyaları döndərə bilməyəcəkdir.
    Zati-Alilərinizin hec bir siyasi partiyanın və qruplaşmanın üzvü olmayan məni, Ramiz Rövşəni, Musa Yaqubu Azərbaycanın Xalq şairi fəxri adı ilə təltif etməsi ilk növbədə doğma Azərbaycanımızın Sizin rəhbərliyinzlə sivil bir yolla inkişaf etməsinə, əsl vətəndaş cəmiyyətinin formalaşması, ölkəmizdə ədalətin, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edən siyasi kursla irəliləməsinə bariz nümunədir. Siz bir daha təsdiq etdiniz ki, insanlara dəyəri ilk növbədə onların ölkəmiz qarşısında göstərdikləri xidmətlərə görə müəyyən edirsiniz.
    Möhtərəm cənab Prezident!
    Sizə, ölkəmizin Birinci vitse-prezidenti Mehiban xanım Əliyevaya məni yüksək fəxri ada layiq bildiyinizə görə öz dərin minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, bundan sonra da öz qələmimlə Azərbaycan mədəniyyətinin inkişafı və ölkəmizin tərəqqisinə var-qüvvəmlə xidmət edəcəyəm.
    Dərin hörmət və minnətdarlıqla

    Vahid ƏZİZ,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
    28 may 2019-cu il

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.