Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    Изображение 065Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Mərkəzi meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar. Gənclər Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev konfransı açaraq, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə söyləyib.
    Məruzəçi rayon təhsilini ətraflı təhlil edərək, qazanılan uğurlarla yanaşı nöqsanlardan danışıb. Bildirib ki, bu il ali məktəblərə iş verən 331 nəfər məzundan 181 nəfəri ali, 60 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. 6 nəfər 600-dən, 16 nəfər 500-dən yuxarı bal toplayıb, 5 nəfər hərbi məktəbə daxil olub. Qəbulda şəhər 1 və 5 nömrəli, Güləbatlı, Qaradağlı, Umudlu, Hacıqərvənd, Azadqaraqoyunlu, İsmayılbəyli, Xoruzlu, Bəyimsarov tam orta məktəbləri fərqləniblər.
    Məruzə ətrafında Güləbatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Arzu Babayeva, Güləbatlı kənd tam orta məktəbin məzunu Günel Abbaslı, valideynlərdən Vəfa Quliyeva çıxış ediblər.
    Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyə- sinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İlham Nağıyev də çıxış edərək Təhsil Strategiyasının yerinə yetirilməsi ilə bağlı fikirlərini söyləyib. Sonda bir qrup təhsil işçisi rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.

    Müəllif: Redaktor, 10:10

    Teqlər:

İsmarıclar bağlıdır.