Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar–qəbul görüşü Gülabatlı kəndində keçirilib.
    Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Gülabatlı kəndinin 245 hektar ərazisi, 404 nəfər sakini var.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev məktəbdə telefon xəttinə, yardımçı sinif otaqlarına, Nüşabə Misirova məktəbə gələn yolun asfaltlanmasına, Əzim Qaraşov kəndarası su arxlarının lildən təmizlənməsinə ehtiyac olduğunu bildiriblər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin güzəranının yaxşılaşdırılması üçün görülən işlərdən, mövcud problemlərin həlli ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb.
    Rayon rəhbəri qeyd edib ki, Gülabatlı kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə içməli su üçün 7 ədəd bulaq çəkilib. Kəndə gələn yola asfalt salınıb, 3 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına 5000 ədəd ağac əkilib, qəbristanlığa gedən 1 km yol təmir olunub. Son beş ildə kənddə 3 subartezian quyusu qazılıb.
    Kənd sakinləri əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:57

İsmarıclar bağlıdır.