Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    YAP Tərtər Rayon Təşkilatında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində tədbir keçirildi.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, Tərtər rayonunun fəal bələdiyyə üzv qadınların əla təcrübəsindən və əldə etdikləri nailiyyətlərdən danışdı. Qarşıdan gələn bələdiyyə seçkilərində qadın iştirakçılığının rolu və qərar qəbuletmə proseslərində qadın təmsilçiliyi haqqında danışaraq, layihənin Tərtərdə keçirilməsinin vacibliyindən söz açdı.
    Tədbirdə çıxış edən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir.
    O bildirdi ki, tədbirin məqsədi 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərinin sayının və onların bacarıqlarının inkişaf etdirilməsi, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər mütəxəssislərin şəbəkəsinin genişləndirməsidir.
    Tədbirin sonunda mövzu ətrafında geniş müzakirə aparıldı, sorğu keçirildi və xatirə şəkli çəkildi.

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.