Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Mamırlı kəndinin 483 təsərrüfatı, 2237 nəfər sakini var.
    Ötən il mamırlılar 381,5 ton pambıq, 122 ton taxıl, 5500 ton çuğundur, 304 kq barama istehsal ediblər.
    Bu il isə 176 hektarda pambıq, 16 hektarda taxıl, 4,5 hektarda çuğundur əkilib, kümçülər tərəfindən 23 qutu ipəkqurdu saxlanılıb.
    Sonra Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov məktəbin təmirə ehtiyacı olduğunu bildirdi. Poladlı kənd sakini Əliyev Vəliyyədin isə kənd qəbristanlığı üçün ərazi ayrılmasını xahiş etdi. Hüsənli kəndinin sakini, şəhid bacısı Solmaz Həsənova şəhidlər üçün verilən müavinətlə bağlı müraciət etdi.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
    Rayon rəhbəri qeyd etdi ki, Mamırlı kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə 36 ədəd bulaq çəkilib. Kəndin əsas yoluna asfalt salınıb, 1,5 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına müxtəlif növ ağac əkilib.
    Kənd sakinləri əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:48

İsmarıclar bağlıdır.